Amerikalı senator Qubad İbadoğluya azadlıq istədi

Amerikalı senator Ben Karden hakimiyyəti həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri və iqtisadçı alim Qubad İbadoğlunun dərhal azadlığa buraxmağa çağırıb.

Gununsesi.info bildirir ki, bu barədə senator xüsusi açıqlama yayıb:

“Azərbaycan hökumətinin azərbaycanlı müxalifət lideri və iqtisadçı Qubad İbadoğlunun siyasi motivli həbsi ölkədə müstəqil səsləri dəhşətli şəkildə boğması diqqəti daha da artırır”.
Senator paylaşımında iqtisadçı alimin və həyat yoldaşı İradə Bayramovanın saxlanılan zaman fiziki təzyiqə məruz qalmasına da münasibət bildirib.
“O, təkcə saxta cinayətlərdə ittiham olunmayıb, o həm də özü və həyat yoldaşının həbsi zamanı şiddətli döyüldüyü və həbsdə olarkən ona tibbi yardım göstərilmədiyi barədə xəbərlər eşidirik. Mən onu dərhal azad etməyə çağırıram”, – deyə Karden qeyd edib.

Qeyd edək ki, iyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün müddətinə həbs edib. Azərbaycan Daxili İşlər Nazirliyi Q.İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəli olduğunu bildirib.
Qubad İbadoğlu ittihamları absurd hesab edərək rədd edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar.

 

Gununsesi.info