Səudiyyə Ərəbistanı mühacirləri “pulemyot”la biçir – Beynəlxalq təşkilatdan sensassion hesabat

  • By arzu
  • 22 Avqust 2023 10:10

Səudiyyə Ərəbistanın sərhəd keşikçiləri 2022-ci ilin martından 2023-cü ilin iyununadək Yəmən-Səudiyyə Ərəbistanı sərhədini keçməyə çalışan yüzlərlə Efiopiyadan olan köçkünü öldürüb.

Səudiyyə Ərəbistan yetkililəri dünyanın geri qalanının gözündən uzaqda yüzlərlə qadın və uşağı öldürür, bir yandan da imiclərini yaxşılaşdırmaq üçün idman geyimlərinə milyardlarla pul xərcləyir.

Gununsesi.info xəbər verir ki, bu barədə hrw.org (İnsan Haqlarını İzləmə) nəşri yazır.

Ssəudiyyə Ərəbistanın yüzlərlə insanı kütləvi şəkildə silahla qətlə yetirməsi böyük həyəcan təbilidir.

Xəbərdə vurğulanır ki S. Ərəbistan köçkünlərə və sığınmaq istəyən adamlara qarşı öldürücü güc işlətmə siyasətindən dərhal və təcili imtina etməlidir.

Aidiyyatı ölkələr hesab verilməsi üçün basqı etməli və BMT araşdırmalıdır.

London mərkəzli İnsanq Haqları İzləmə Təşkilatının rəsmi saytında S.Ərəbistanın köçkünlərlə bağlı bu politikası insanlığa qarşı bir cinayət olaraq qiymətləndirilir.

73 səhifəlik hesabatda “Üzərimizə yağış kimi atəş açdılar: S.Ərəbistanın Yəmənlə sərhədində Efiopiyadan olan köçkünlərin kütləvi olaraq öldürülməsi” başlıqlı yazıda ərəb sərhəd keşikçilərinin partlayıcı silahlardan istifadə etməsi vurğulanır.

Öldürülənlər silahdan açılan atəşlə yaxın məsafədən vurulur.

Yazıda ərəb sərhəd keşikçilərinin köçkünlərə hansı orqanlarından atəşlə vurulmasını soruşduqları qeyd edilir.

İnsan Haqlarını İzləmə Təşkilatının köçkünlər və mühacirlər üzrə araşdırmaçısı Nadia Hardman “Səudiyyəli yetkililər dünyanın geridə qalanının görə bilməyəcəyi bu uzaq sərhəd bölgəsində yüzlərlə köçkünü və sığınmaq istəyən adamı öldürür”, deyərək vurğulayır.

İnsan Haqlarını İzləmə Təşkilatı sosial mediada yayımlana və ya başqa qaynaqlardan toplanan 350-dən çox video və fotonu, bir neçə kilometrlik peyk görüntüsünü analiz edib.

İnsan Haqlarını İzləmə Təşkilatının ərəb səlahiyyətlərinə yazısına husi yetkililər 19 avqust 2023-cü ildə cavab veriblər.

S. Ərəbistanında 750 min Efiopiyalı olan insan yaşayır və çalışır. Bir çoxu iqtisadi səbəblərə görə köç edərkən, bəziləri isə Efiopiyadakı insan haqları pozuntularına görə qaçır.

İnsan Haqlarını İzləmə Təşkilatı 2014-cü ildən bəri Yəmən-Ərəbistan sərhədində köçkünlərin öldürülməsini sübuta yetirsə də, cinayətlərin hədəfi və sayında ciddi artım var.

Özəlliklə, Saada bölgəsində şiddət daha yüksəkdir.

Husi qüvvələri qaçaqçılarla çalışdığını və onları şantajla, ya da köçkünlərin “çıxış pulu” ödəyənə qədər pis müdaxiləyə məruz qaldıqları nəzarət mərkəzləri olaraq təsvir etdikləri yerlərə nəql edəcəklərini söyləyir.

Yazıda qruplar halında hərəkət edən köçkünlərə ərəb silalıların atəş açması xüsusi narahatlıqla vurğulanır.

“Pulemyot”, ağır makinalı tüfənglər və mina vasitələrindən istifadə edildiyi vurğulanır.

Hesabatda vurğulanan bütün qorxu səhnələri, köçkünlərin aylarla nəzarət altında saxlanılması sübut və dəlillərlə ortaya qoyulur.

 

 

Tərcümə: Arzu

Gununsesi.info