Ukrayna hərbçiləri ABŞ-ın zirehli maşınları ilə bu kəndi azad etdi

  • By admin
  • 24 Avqust 2023 12:46
Ukraynanın 47-ci mexanikləşdirilmiş briqadasının əsgərləri ABŞ-dan alınmış “Bradley” zireli maşınları ilə Robotıne kəndinə daxil olublar.
Gununsesi.info-nun xəbərinə görə, kəndin ön cəbhədən çıxarılmalarını gözləyən yorğun, tərli və susuz sakinləri onları sevinclə qarşılayıb.
“Əsgərlərimiz Robotıne kəndindədirlər” deyə – Ukrayna cənub komandanlığının komandiri general Oleksandr Tarnavskiy avqustun 22-də “Telegram”da yazıb.
Ukraynanın Zaporojye bölgəsinin Orixiv şəhərinin cənubunda yerləşən Robotıne müharibədən öncə cəmi bir neçə yüz sakini olan kiçik yaşayış məntəqəsidir. Kənd Tokmak və Melitopol şəhərlərinə gedən yolun üzərində yerləşməsi baxımından əhəmiyyətlidir.
Ancaq ukraynalılar əvvəlcə Robotıneni burada qalmış Rusiya əsgərlərindən təmizləməlidirlər.
“Kobud desək, kənd hələ də bir neçə zonaya bölünüb. Bəzilərinə bizimkilər nəzarət edir. Bundan başqa boz zona və rus işğalçılarının hələ də nəzarət etdiyi bir neçə məntəqə var”, – Azad Rusiya Legionu adlı desant birliyində xidmət edən əsgər Kostyantın Denısov video mesajla “Nastoyaşeye Vremya”ya deyib.
Tərcümə:
Mais