
Ermənistandan Qarabağa göndərilmiş 400 ton humanitar yük hələ də Laçın dəhlizinin girişində qalıb və Qarabağda humanitar vəziyyət gərgin olaraq qalır.
Gunnusesi.info AzadlıqRadiosunun Erməni xidməti məlumat yayıb.
Azatutyun yazır ki, bunu avqustun 24-də Ermənistanın baş naziri Nikol Paşinyan hökumət müşavirəsində deyib.
Amma o əlavə edib ki, buna baxmayaraq müalicəyə ehtiyacı olan və bəzi başqa şəxslərin Qırmızı Xaç və Rusiya sülhməramlıları vasitəsilə Laçın dəhlizi ilə “müəyyən hərəkəti” başlanıb.
Paşinyan bir daha iddia edib ki, Bakının bəyanatın 7-ci bəndini yerinə yetirməməsindən məqsəd Qarabağın ermənilərdən təmizlənməsidir.
Sözü gedən sənədin 7-ci bəndinə deyilir ki, “daxili köçkünlər və qaçqınlar BMT Qaçqınlarla İş üzrə Ali Komissarlığının nəzarəti altında Qarabağa və ətraf rayonlara qaytarılmalıdır”.
Paşinyan bu barədə deyib:
“Bu o deməkdir ki, təkcə Hadrut, Mardakert (Ağdərə-red), Martuni (Xocavənd-red) rayonlarının bir sıra kəndlərindən olan ermənilər deyil, həm də Getaşendən (Göygöl rayonunun Çaykənd kəndi-red), Martunaşendən (Göygöl rayonunun Qarabulaq kəndi-red), Şaumyandan (hazırda Goranboy rayonunun tərkibindədir-red) və başqa rayonlardan olan ermənilər ləyaqətli və təhlükəsiz şəkildə öz evlərinə qayıtmaq imkanına malik olmalıdırlar”.
Nikol Paşinyan habelə deyib ki, “bizdə olan məlumata görə” Bakı müxtəlif bəhanələrlə, amma ardıcıl şəkildə Xankəndi ilə dialoqun baş tutmamasına çalışır və buna görə məsuliyyəti Qarabağ ermənilərinin üstünə yıxır.
Paşinyan bildirib ki, Yerevan Bakıya sülh müqaviləsi ilə bağlı yeni təkliflər verib.
Gununsesi.info