Tarixdə bu gün Xirosimaya nüvə atıldığı gündür

Yetmiş səkkiz il bundan əvvəl – 06.08.1945, tarixdə ilk dəfə, Yaponiyanın Xirosima şəhərində nüvə silahı tətbiq edildi.

Bu günlərdə, tez-tez Rusiya təbliğat ünsürləri nüvə silahının istifadəsini arzu olunan bir hadisə kimi təsvir edirlər.

Bu məsələ ilə bağlı tez-tez rastlaşdığım suallara cavab verirəm.

1. Xirosima şəhərinə atılan bomba nə qədər mükəmməl idi?
Öz vaxtının inqilabi bir elmi-texniki nailiyyəti idi. Amma çox primitiv idi, belə ki, bu bombada istifadə ölününmüş 64kq 90% U235 izotopunun cəmi ≈1kq-dən az hissəsi nüvə reaksiyasında iştirak etdi.

2. Əgər 1kg-dən az U235 (≈90% zənginləşdirilmiş) zəncirvarı nüvə reaksiyasında iştirak edəcəkdisə, nəyə görə 64kq U235 lazım idi?
Zəncirvarı nüvə reaksiyası üçün ən azı 47kq U235 – kritik kütlə lazımdır. Bu çəkidən az olduğu halda (4-cü suala bax!) nüvədən qopmuş neytronlar qonşu atomun nüvəsindən lazı miqdarda neytron qoparda bilmir və nüvə reaksiyası dayanır.

3. 64kq 90% U235 izotopunun cəmi ≈1kq-dən az hissəsi nüvə reaksiyasında iştirak etdisə, qalan hissə necə oldu?
Qalan hissəsi U235 implaziya (bərabər vektorlu mərkəzə yönəlmiş sferik parlayış) nəticəsində dağılıb səpələndi.

4. Nüvə silahında mütləq şəkildə kritik kütlədən çox radioaktiv material (U235=47kq və ya Pu 239 =10kq) mütləq olaraq lazımdır?
Yox, müasir nüvə silahlarında bir neçə manipulyasiya nəticəsində krikit kütlədən daha az çəkidə radioaktiv material (U235 və ya Pu 239 ) istifadə edilir, bu da nüvə silahlarının həndəsi ölçülərini və ümumi çəkisini azaldır. Bu manipulyasiyalara misal aşağıdakılardı:
▪️ dəyişən güclü neytron mənbəyinin istifadəsi (Modulated neutron initiator);
▪️ sferik radioaktiv materialın (əsasən Pu 239) mərkəzində boşluq yaratmaq və bu mərkəzdə deuterium və tritium – 2H + 3H qarışığı yerşəldirmək (hidrogen bombası ilə qarışdırmamalı, onun konstruksiyası fərqlidir);
▪️ sferik radioaktiv materialı implaziya yaradacaq partlayıcının əhatəsində, bu parlayıcıya bitişik deyil, asılqan vəziyyətdə yerləşdirmək;
▪️ sferik radioaktiv materialı neytron əksetdirici ilə “bükmək” (əhatə etmək).

Bu və ya bənzəri texniki manipulyasiyalara və onların təkminləşdirilməsi nəticəsində müasir nüvə silahlarında radioaktiv materialın effektiv istifadəsini 70-90% çatdırılır. (06.08.1945-ci ildə ≈1% idi) və kiçik ölçülü nüvə silahları yaratmağa imkan verir.

5. Şərh yerindəki linkdən, hər hansı bir şəhərdə onun relyefindən, əhali sayından, tikili və əhali sıxlığından asılı olaraq nüvə silahının tətbiqinin nəticələri proqnoz oluna bilər.

Şəkildə: 1966-cı ilədək ABŞ-da silah inventarında olan Mark 39 bombası – 3,8 Meqaton (Xirosimaya atılan bombadan ≈290 dəfə güclü), 2900 kq.

Gununsesi.info