Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır.

 

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

 

“Biz HƏMAS-ın vasitəçilərin Qəzzada atəşkəs təklifini qəbul etmək qərarını alqışlayırıq və İsraildən də oxşar addımlar gözləyirik”, – Ərdoğan vurğulayıb.

 

Qeyd edək ki, HƏMAS hərəkatı Qəzza zolağında Misir və Qətərin təklif etdiyi atəşkəs sazişi layihəsinə razılıq verib.

Gununsesi.info