Cinayətdə şübhəli bilinən 105 nəfər saxlanıldı

4-5 may tarixlərində ölkə ərazisində qeydə alınan 119, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in Mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 70 qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 105 nəfər saxlanılıb.

 

 

 

Gununsesi.info