Rusiyaya cəsusuluqda ittiham olunan şəxslər saxlanılıb

 Böyük Britaniyada 3 Bolqarıstan vətəndaşı Rusiyaya casusluqda şübhəli bilinərək həbs edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, şübhəli şəxslər onlara qarşı irəli sürülən ittihamlara etiraz etməyib.

Onlar birbaşa Rusiya təhlükəsizlik xidmətlərində çalışmaqda ittiham olunurlar.

Bildirilib ki, “Rəsmi sirlər haqqında” qanun çərçivəsində həbs edilən şübhəlilər daha sonra “Şəxsiyyət Sənədləri Qanunu” ilə ittiham edilib.

Onlardan götürülmüş sənədlərdə Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Sloveniya, Yunanıstan, Çexiya üçün pasportlar, şəxsiyyət vəsiqəsi və digər sənədlər tapılıb.

Bildirilib ki, həbs edilən 45 yaşlı Orlin Russev, 41 yaşlı Bizer Djambazov və 31 yaşlı Katrin İvanova uzun illər İngiltərədə müxtəlif yerlərdə işləyib və yaşayıblar.

Qeyd edilir ki,  Russevin bir müddət Rusiyada bizneslə məşğul olub və əvvəllər Bolqarıstan Energetika Nazirliyində məsləhətçi kimi işləyib.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info