
TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına zəhərlənmə halı ilə bağlı yerləşdirilən 12 nəfərdən doqquzu abulator müalicə üçün evə buraxılıb.
Gununsesi.info-ya TƏBİB-dən bildirilib ki, üç nəfərin terapiya şöbəsində müalicəsi davam etdirilir:
“Onların vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur”.
13:00
Sumqayıtda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Gununsesi.info-nun xəbərinə görə, 13 nəfər zəhərlənmə əlamətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.
İlkin məlumata görə, onlar taxta sexinin işçiləridir və sexin birəyə qarşı dərmanlanmasından sonra zəhərləniblər.
Gununsesi.info