Polşa ilə Ukrayna arasında gərginlik: Bu cür xətalar edilməməlidir

  • By arzu
  • 02 Avqust 2023 16:06

Polşanın Xarici İşlər Nazirliyinin köməkçisi Arkadiusz Mularczyk Varşava rəhbərliyinin Ukraynaya yardımı barədə danışıb

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Arkadiusz Mularczyk Polşa iqtidarının Ukraynaya yardım etməkdə heç bir zaman tərəddüd etmədiyini bildirib.

“Əfsuslar olsun ki, Kiyevdə bəzi adamlar bunu unudur. Bu cür xətalar edilməməlidir”, – deyə söyləyib.

Arkadiusz Mularczyk özünün sosial media hesabında Polşa İlə Ukrayna arasındakı son yaşananlara aydınlıq gətirib.

Polşa rəsmisi ölkəsinin Kiyevdəki səfirinin Polşa Prezidenti Andrey Dudanın Xarici Siyasət üzrə baş məsləhətçisi Marcin Przydaczın Ukraynanın rəsmi Varşavadan aldığı dəstək üçün daha çox minnətdarlıq göstərməli olduğuna dair edilən şərhlərlə bağlı Ukrayna Xarici İşlər Nazirliyinə çağırılmasını xatırladaraq bunları deyib:

“Polşa digərləri Ukraynanın çökməsini gözlərkən ona yardım etməkdə tərəddüd etməyib”, deyə Arkadiusz Mularczyk vurğulayıb.

Arkadiusz Mularczyk Ukraynanın Varşavadakı səfirinin də Polşa XİN-ə çağırıldığına diqqət çəkib.

“Rusiyanın Ukraynayı işğal etdiyi gün Kiyevdə tək qalan təmsilçi olan Polşanın səfirinin Ukrayna XİN-ə çağırılması əsla olmamalı idi”.

 

Tərcümə: Arzu

Gununsesi.info