
Amerikada sürücüsüz avtomobillər yenidən gündəmə gətirilib.
Gununsesi.info xarci mətbuata istinadən xəbər verir ki, San Fransisko şəhərində işlədilməsinə icazə verilən robot taksilər çətinlik yaratmağa davam edir.
Musiqi festivalından sonra interneti kəsilən çoxlu sayda robot avtomobil nəqliyyatda qarışıqlığa səbəb olub.
Şahidlər “Cruise” frimasına aid bir çox taksinin 15 dəqiqə boyunca nəqliyyatda qarışıqlıq yaratdıını bildirirlər.
Bir çox yol qovşaqlarını qapadıb. Təcili yardım avtomobillərinin bölgəyə girişini əngəlləyib.
“Cruise” şirkəti şəbəkədə problemlər yaşandığını açıqlayıb. Eyni problemin üzərində çalışdıqlarını bildirib.
San Fransisko Yoxlama Qurumunun başçısı Aaron Peskin isə texnologiyanın mükəmmələşməsinədək bu cür istifadələrin dayandırılmalı olduğunu vurğulayıb.
Peskin bildirib ki, problem həll edilənədək onlar istifadədən çəkilməlidir.
Tərcümə: Arzu