XİN rəhbəri pasportunu unutdu – Ukraynaya gedə bilmədi

İsveçin xarici işlər naziri Tobias Billströmin pasportunu unutduğu üçün Ukraynaya getməsinə icazə verilmədiyi iddia edilib.

Gununsesi.info xəbər verir ki, Avstriyada nəşr olunan “Die Presse” qəzetinin diplomatik mənbələrə əsaslanan məlumatına görə, Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri Toplantısına qatılmaq üçün yola çıxan İsveç xarici işlər naziri Tobias Billström pasportunu unutduğuna görə Polşadan Ukraynaya buraxılmayıb. Pasportu olmadığı səbəbilə Polşa-Ukrayna sərhədində saxlanılan Billströmün əcnəbi həmkarları ilə Kiyevə gedən qatara minə bilmədiyi iddia edilib.

İsveçin “Dagens Nyheter” qəzetinə verdiyi açıqlamada Billströmün mətbuat katibi Anna Erhardt Billströmün Kiyevdəki görüşə qatılmamasının səbəbi ilə bağlı dəqiq cavab verməyib. “Məntiqi bir maneə var idi. Bunun xaricində nazirlik səfərlərinin təfərrüatlarını şərh etmirik”, – deyə o bildirib.

Görüşdə Billström yerinə İsveçin Kiyevdəki səfiri Martin Aberqin iştirak etdiyi öyrənilib.

Səid Əhmədli
Gununsesi.info