ABŞ Tayvana 571 milyon dollar hərbi yardım edəcək

  • By Günel
  • 21 Dekabr 2024 09:29

ABŞ prezidenti Cozef Bayden Tayvana 571 milyon dollarlıq hərbi yardımın ayrılmasına dair göstəriş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Hərbi yardım göstərmək səlahiyyəti ABŞ dövlət katibi Entoni Blinkenə verilib.

Dəstəyin bir hissəsi olaraq Tayvana ABŞ Müdafiə Nazirliyinin xidmətləri, o cümlədən hərbi təlim və təhsil veriləcək.

Gununsesi.info