“Krıma hücumun qarşısı alınıb”

“Avqustun 12-nə keçən gecə Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin Krım yarımadasında yerləşən obyektlərə hücum cəhdinin qarşısını alıb”.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, Ukrayna tərəfi 20 pilotsuz uçuş aparatı (PUA) ilə Krıma hücuma cəhd edib: “Bu PUA-ların 14-ü hava hücumundan müdafiə, 6-sı isə radioleketron mübarizə vasitələrinin köməkliyi ilə zərərsizləşdirilib. Dağıntı və tələfat yoxdur”.

Bildirilir ki, Krıma daha əvvəlki oxşar hücum iyulun 30-u baş verib. Bu zaman isə Ukraynaya məxsus 25 PUA vurulub.

 

Gununsesi.info