
“Real”ın qapıçısı Tibo Kurtua Belçika millisinin Avro-2024 üçün heyətində yer almayacaq.
Gununsesi.info “Kicker”ə istinadən xəbər verir ki, bu barədə Belçika millisinin baş məşqçisi Domeniko Tedesko danışıb.
O, 31 yaşlı qolkiperin aldığı ardıcıl zədələr səbəbbindən komandaya çağırılmayacağını bildirib.
Qeyd edək ki, cari mövsümün əvvəlində çarpaz bağlarını zədələyən Tibo Kurtua uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı. O, yaşıl meydanlara qayıtdıqdan dərhal sonra yenidən zədələnib. Kurtua bu mövsüm ümumilikdə 48 matçı buraxıb.
Əlavə edək ki, Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.
Gununsesi.info