Rusiyanı Ukraynaya atdığı kimyəvi silahlar çox təhlükəlidir

Rusiya ordusu Ukraynada kimyəvi silahdan istifadə etdiyinə görə ABŞ Dövlət Departamenti tərəfindən pislənilib.

 

Gununsesi.info  xəbər verir ki, departamentin verdiyi məlumatda döyüş meydanında Rusiya qüvvələri Ukrayna əsgərlərinə qarşı Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) tərəfindən qadağan edilmiş boğucu və gözyaşardıcı maddə olan xloropikrindən istifadə edildiyi deyilir.

 

İlk dəfə Almaniya tərəfindən Birinci Dünya Müharibəsi zamanı istifadə edilən xloropikrin buxarları dəri və selikli qişalara təsir edən və yüksək konsentrasiyalarda diafraqma əzələlərinin idarəolunmaz qıcolmalarına səbəb olan mayedir.

 

Dövlət Departamentinin bəyanatında deyilir ki, Rusiya ordusunun bu cür kimyəvi maddələrdən istifadə etməsi “təcrid olunmuş epizod” deyil. Məqsəd Ukrayna qüvvələrini möhkəmləndirilmiş mövqelərdən sıxışdırıb çıxarmaq və döyüş meydanında taktiki nailiyyətlər əldə etməkdir.

 

Bildirilir ki, buna görə də ABŞ Rusiyanın üç dövlət qurumuna qarşı sanksiyalar tətbiq edir. Bunlar Rusiya Federasiyası Müdafiə Nazirliyinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunları (RKhBZ), Federal Dövlət Unitar Müəssisəsi Tətbiqi Akustika Elmi-Tədqiqat İnstitutu (NIIPA) və Müdafiə Nazirliyinin 48-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutudur.

Eyni zamanda əldə olunan məlumatlara görə kimyəvi hərbi istehsalla məşğul olan dörd şirkətə sanksiya tətbiq edilib.

Bunlar Moskva NPO Transcom, Biological Synthesis Systems MMC, LabService MMC, Texnoloji Sistemlər və Servis MMC-dir.

Şəbnəm

Gununsesi.info