ABŞ bu hava yollarına qarşı sanksiyalar tətbiq edib

ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiq edildiyini bəyan edib. 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, tətbiq olunmuş sanksiyalar paketinə  300-ə yaxın şəxs və şirkətlər daxildir.

ABŞ Dövlət Departamenti və ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamalara görə, onların arasında Rusiyanın ən böyük loukoster “Pobeda” da var.

Bildirilir ki, 2014-cü ildə yaradılan və 100% “Aeroflot”-a məxsus olan “Pobeda” Rusiyaya avialaynerlər üçün komponentlərin və ehtiyat hissələrinin tədarükünü qadağan edən aviasiya sanksiyalarını pozub.

Şirkət Amerika və Avropa istehsalı olan təyyarələri idarə etməyə davam edir və keçən il 1 milyon dollar dəyərində sanksiya hissələri alıb daşıyıb.

Bundan əlavə, Dövlət Departamenti vurğulayır ki, 2024-cü ilin yanvarında “Pobeda” İranın “Mahan Air” şirkətinin köməyi ilə Hindistandan təyyarələr üçün ehtiyat hissələrinin daşınmasında da iştirak edib.

Bundan sonra şirkət SDN-siyahısına daxil edili.  Onun aktivləri, eləcə də “Pobeda”nın 50%-dən çox paya sahib olduğu bütün törəmə müəssisələrinin əmlakı bloklanmaya məruz qalıb. Amerika vətəndaşlarına və şirkətlərinə onunla hər hansı əməliyyat aparmaq qadağandır.

Qeyd edək ki, ötən il “Pobeda” 13 milyon sərnişin daşıyıb və 21,3 milyard rubl mənfəət əldə edib.

 

 

 

Şəbnəm

Gununsesi.info