
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində növbəti oyununu keçirib.
Gununsesi.info-nun məlumatına görə, yığma Tacikistan kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı heç-heçə yekunlaşıb – 2:2. Penaltilər seriyasında daha dəqiq oynayan komandamız qələbəyə sevinib.
Qeyd edək ki, Azərbaycanın U-17 millisi ilk matçında Belarusa 0:4, daha sonra Özbəkistana 0:2 hesabı ilə uduzub.
Gununsesi.info