Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib

  • By ilhame
  • 30 Aprel 2024 21:59

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib.

 

Gununsesi.info xəbər verir ki, ilk oyun günündə “Xırdalan” və “Neftçi” kollektivləri üz-üzə gəliblər.

 

“Sərhədçi” İdman Mərkəzində keçirilən 1/4 final matçında birincilər 80:75 hesablı qələbəyə seviniblər.

 

Komandalar arasında ikinci oyun mayın 2-də baş tutacaq.

 

1/4 finalın “Xəzri” – “Sərhədçi” görüşü sabah keçiriləcək.

 

Qeyd edək ki, pley-off seriyasında iki qələbə qazanan klublar yarımfinala yüksələcəklər. Seriyada bərabərlik olarsa, o zaman 3-cü oyun gerçəkləşəcək.

Gununsesi.info