İlham Əliyev İraqa səfərə dəvət olundu

İraq Parlamentinin sədri Azərbaycan şirkətlərini ölkəsində genişmiqyaslı bərpa-quruculuq işlərinə töhfə verməyə dəvət edib.

 

Gununsesi.info xəbər verir ki, Möhsin Əli Əkbər Əl-Mandalavi bu barədə bu gün Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.

 

Parlamentin sədri Azərbaycan Prezidentini tezliklə İraqda görməkdən məmnun olacaqlarını deyib.

 

Dövlət başçısı İraqa məmnuniyyətlə səfər edəcəyini bildirib.

Gununsesi.info