Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib.

 

Gununsesi.info xəbər verir ki, növbəti oyun günündə “Xəzri” və “Sərhədçi” kollektivləri üz-üzə gəliblər.

 

“Sərhədçi” İdman Mərkəzində keçirilən 1/4 final matçında birincilər 98:64 hesablı qələbəyə seviniblər.

 

Komandalar arasında ikinci oyun mayın 3-də baş tutacaq.

 

Ötən gün “Xırdalan” 1/4 finalın digər oyununda “Neftçi”yə 80:75 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, pley-off seriyasında iki qələbə qazanan klublar yarımfinala yüksələcəklər. Seriyada bərabərlik olarsa, o zaman 3-cü oyun gerçəkləşəcək.

Gununsesi.info