
ABŞ Rusiyaya qarşı yeni sanksiyalarını elan edib.
Gununsesi.info xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda sanksiyaların məqsədinin Rusiyanın Ukraynada qanunsuz müharibə aparmaq üçün onun hərbi imkanlarını məhdudlaşdırmaq olduğu bildirilib.
Sanksiyalar Rusiya ilə yanaşı Çin Belçika Azərbaycan, Türkiyə, Belçika və BƏƏ-dəki şirkətlərə də tətbiq edilib. ABŞ Maliyyə Nazirliyinin saytında Azərbaycandan sanksiya tətbiq olunan şirkətin “Lahıc Energy” MMC olduğu açıqlanıb. Şirkətin 2023-cü ildə ABŞ sanksiyaları altında olan Rusiyaya texnologiya istehsalçıları adından biznes aparmağa cəhd etdiyi bildirilib. Rəsmi Vaşinqton şirkətə Cahangir Yevgeniviç Əliyevin rəhbərlik etdiyini qeyd edib. Onun Yevgeni Əliyevin oğlu olduğu vurğulanıb. ABŞ Maliyyə Nazirliyi Yevgeni Əliyevi Rusiya hərbçiləri ilə sıx əlaqədə olan istifadəçilər adından sifarişlər yerləşdirən vasitəçilər şəbəkəsini koordinasiya edən satınalmalar üzrə agent olduğunu yazıb.
Azərbaycan rəsmilərindən hələlik sanksiyalara reaksiya yoxdur.
Ümumilikdə sanksiya siyahısı 29 fiziki və 250-dən çox hüquqi şəxsi əhatə edib. Türkiyədən siyahıda 17 şirkət yer alıb.
Gununsesi.info