
İqttisadçı Qubad İbadoğlunun cinayət işi üzrə istintaq müddətinin avqustun 20-nə qədər uzadıldığı bildirilir.
Gununsesi.info xəbər verir ki, bu barədə onun qardaşı Qalib Toğrul məlumat verib.
Onun sözlərinə görə, həbs qətimkan tədbiri olmadığına görə, istintaq müddətinin uzadılması barədə qərarı istintaq orqanı özü verə bilər: “3 ay uzadılması barədə qərar qəbul edilib. İstintaq orqanı istintaq müddətini 12 aydan artıq uzada bilməz. Yalnız Baş Prokurorluğun təqdimatı ilə 12 aydan əlavə 1 ay artırıla bilər. Belə də oldu”.
Q.Toğrul qeyd edib ki, Qubad İbadoğlu barəsində aprelin 22-də seçilmiş ev dustaqlığı qətimkan tədbiri müstəntiqin qərarı ilə polisə nəzarəti altına vermə tədbiri ilə əvəz olunub.
Q.İbadoğlunun ayağına vurulmuş elektron qolbaq çıxarılıb. Onun sözlərinə görə, qətimkan tədbirin dəyişdirilməsi nəticəsində Q.İbadoğlunun ayağına vurulmuş elektron qolbaq mayın 20-də çıxarılıb: “Elektron qolbaq olduğuna görə, qardaşım müayinələrdən keçə bilmirdi. Bu həftədən başlyaraq, polisin nəzarəti altında olmaqla müayinələrdən keçməsini planlaşdırırıq”.
Ötən il iyulun 23-də həbs olunan Qubad İbadoğlu ona qarşı irəli sürülən bütün ittihamları saxta adlandırıb.
Bu ilin aprelin 22-də onun barəsində seçilmiş həbs qətiman tədbiri ev dustaqlığı ilə əvəz olunub.
O dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib.
Amma ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.
Gununsesi.info