Nazim Bəydəmirlidən şikayətçi olan şəxs öz qardaşına da “atıb”

  • By admin
  • 16 May 2024 12:42

Gədəbəyin sabiq deputatı Nazim Bəydəmirlinin cinayət işində zərərçəkmiş kimi tanınan Ədalət  Bağırov haqqında yeni iddialar ortaya çıxıb.

Qeyd edək ki, uzun illərdən bəri Nazim Bəydəmirli ilə çəkişmədə olan Ədalət Bağırov sabiq deputatın sahibi olduğu “Avto-Qarant”a onu buraxmırdı.

Bu barədə məhkəmədə danışan Bəydəmirli deyib ki,  şirkətin səhmlərinin 30 faizini hərracda satın almasına, pay sahibi olmağıma baxmayaraq, Ədalət Bağırovun onu  şirkətə yaxın buraxmaması haqqında hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər edirdi.

Bəydəmirli məhkəmədə bildirib ki, Ədalət Bağırov nəinki ona, hətta öz qardaşı və yaxınlarına qarşı da dələduzluq edib.

 

Bu arada Gununsesi.info-ya Ədalət Bağırovun Türkmənistanda yaşayan qardaşı Fazil Bağırovun video-müraciəti daxil olub.

Müracətində Fazil Bağırov qardaşının ona qarşı dələduzluq etməsindən danışır.

Həmin müraciəti olduğu kimi təqdim edirik.

 

İddialarla bağlı Ədalət Bağırovun mövqeyini öyrənməyə çalışsaq da buna nail ola bilmədik.

 

Gununsesi.info