
Azərbaycanda bir neçə ildir ki, nazirliklərin, digər dövlət orqanlarının tabeçiliyindəki müəssisələrə işə qəbul qaydalarında edilən dəyişikliklərə əsasən işə qəbul üçün yazılı test imtahanları təşkil olunur.
Lakin təcrübə göstərir ki, yazılı test imtahanlarında uğurlu nəticə əldə edən vətəndaşlar sonradan ikinci mərhələdən – ŞİFAHİ MÜSAHİBƏ mərhələsindən keçə bilmir.
Bu isə vətəndaşlar arasında ciddi narazılıq yaradır. Bu hal ən çox Elm və Təhsil Nazirliyinin məktəb direktoru və müavini vəzifəsində elan etdiyi müsabiqədə özünü göstərir.
Bununla bağlı ayrı-ayrı müəllimlərin sosial şəbəkələrdə də narazılığı ifadə olunur.
Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev Gununsesi.info-ya müsabihəsində bu barədə danışıb.
Şəbnəm Rəhimova
Gununsesi.info