Parlamentin növbədənkənar sessiyası çağırılacaq

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bununla bağlı deputatlar arasında imza toplanılmasına başlanılıb.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır.
Milli Məclisin sədri 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır.
Gununsesi.info