Güllələnən baş nazirin durumu açıqlandı

  • By admin
  • 16 May 2024 11:43

Silahla hücuma məruz qalan baş nazir Robert Fikonun həyatı təhlükəsi yoxdur.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Slovakiya baş nazirinin müavini və ətraf mühit naziri Tomas Taraba deyib.

“Xoşbəxtlikdən, bildiyim qədər, əməliyyat yaxşı keçdi və onun sonda sağ qalacağını düşünürəm. Hazırda həyati təhlükəsi yoxdur”.

Xatırladaq ki, 59 yaşlı Fiko beş güllə yarası aldıqdan sonra çərşənbə günü axşam əməliyyat olunub.

BBC-yə danışan Taraba deyib ki, bir güllə Fikonun mədəsindən keçib, ikinci güllə isə oynaqlarından birinə dəyib.

Müdafiə naziri Robert Kalinak bir neçə saat əvvəl mətbuat brifinqində Fikonun bir neçə güllə yarası aldıqdan sonra “ağır politravma” aldığını açıqlamışdı.

Daxili işlər naziri Matus Sutaj Estok əvvəlki açıqlamasında Fikonun həyatının təhlükədə olduğunu və o, əməliyyat otağında qaldığını bildirib.

Aprel ayında keçirilən və Fikonun müttəfiqi Peter Pelleqrininin qalib gəldiyi seçkilərə toxunan Estok, “Bu sui-qəsd (cəhd) siyasi motivli olub və cinayətkarın qərarı seçkilərdən dərhal sonra verilib” deyə bildirib.

 

Günay

Gununsesi.info