
Polisin keçirdiyi tədbirlərlə dələduzluq əməlini təkrar törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Gununsesi.info xəbər verir ki , bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, mayın 16-da Bakı şəhər sakini olan bir nəfərin dələduzluq yolu ilə 150.000 manatının talanması barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə məlumat daxil olub. Belə ki, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Taleh Süleymanov və əvvəllər məhkum olunmuş Fariz Aslanov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.