
Tehran Birjası fəaliyyətini dayandırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə birjanın Direktorlar Şurasının üzvü Reza Eyvazlu məlumat verib.
Məlumata görə, Tehran Birjası İran Prezident İbrahim Rəisinin vəfatı barədə məlumat yayıldıqdan sonra fəaliyyətini dayandırmaq qərarına gəlib.
“Birja bu gün və rəsmi bildiriş gələnə qədər yaxın bir neçə gün ərzində bağlı olacaq”, – deyə o bildirib.