
İsrail ordusu gecə ərzində Qəzza zolağına 500-dən çox hava zərbəsi endirdiyini açıqlayıb. İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 493 fələstinli həlak olduğu halda, HƏMAS-ın hücumlarında 700 israilli həyatını itirib.
Gununsesi.info xəbər verir ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadalarının İsrailə qarşı “Əqsa tufanı” əməliyyatı başlatmasından sonra İsrailin baş naziri Netanyahu “müharibədəyik” açıqlamasını verib. İsrail HƏMAS-a müharibə elan edərkən Qəzzaya hava zərbələri endirib. İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 493 fələstinli həlak olub. HƏMAS-ın hücumlarında isə 700 israilli həyatını itirib. Təl-Əviv administrasiyası HƏMAS-ın sızdığı və ələ keçirdiyi 8 nöqtənin hamısını geri ala bilmədiyi bildirilir.
İsrail Qəzzanı mühasirəyə alnacığını elan edib.
Bununla bağlı İsrail Müdafiə Nazirliyi məlumat yayıb.: “Qəzza zolağı blokadaya alınacaq. Elektrik, qida, yanacaq olmayacaq. Hər şey bağlanacaq”, – deyə məlumatda qeyd olunur.
Səid Əhmədli
Gununsesi.info