ABŞ Dövlət Departamentinin rəsmisi azərbaycanlı vəkillərlə görüşdü

ABŞ Dövlət katibinin Cənubi Avropa və Qafqaz üzrə köməkçisinin müavini Coş Huk Azərbaycanda səfərdə olub.

Gununsesi.info xəbər verir ki, amerikalı diplomat ABŞ-ın Azərbaycandakı səfriliyində vəkillər Elçin Sadıqov, Zibeydə Sadıqova və hüquq müdafiəçisi Rüfət Səfərovla görüşüb.

Gununsesi.info-ya açıqlamasında Rüfət Səfərov bildirdi ki, görüşdə Azərbaycanda siyasi məhbusların durumu, ölkədə söz və mətbuat azadlığı sahəsindəki vəziyyət geniş müzakirə olunub.

“Amerikalı diplomat bildirdi ki, Azərbaycanda insan hüquqları məsələləri Azərbaycan hökuməti ilə danışıqlarda hər zaman prioritet mövzu olaraq davam etdirilir”, hüquq müdafiəçisi deyib.

Gununsesi.info