Fransanın nüfuzlu universitetinin divarında “Ərəblərə ölüm” şüarı yayıldı – FOTO

Fransanın ən nüfuzlu universitetlərindən biri olan “Sciences Po Lyon”un divarında ivrit dilində “Yaşasın İsrail, ərəblərə ölüm” yazısı olan plakatlar yayılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Lyon Mag” məlumat yayıb.

Təhsil müəssisəsi siyasi elmlər sahəsində təhsil verir.

“Sciences Po Lyon” rəhbərliyi açıqlamasında hadisəni qınayıb.

İrqçi afişaların görüntüləri X sosial şəbəkə istifadəçiləri tərəfindən də yayılıb.

Səid Əhmədli
Gununsesi.info