
İsrail HƏMAS-ı m;hv etdikdən sonra Qəzza zolağına görə məsuliyyətdən imtina edəcək və yeni təhlükəsizlik rejimi yaradacaq.
Gununsesi.info İsrail KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Yoav Qallant Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin iclasında bildirib.
“7 oktyabr HƏMAS-ın məhv edilməsi prosesinin başladığı gündür”- Qallant deyib. O əlavə edib ki, müharibə üç mərhələyə bölünür.
“Biz hərbi kampaniyanın birinci mərhələsindəyik. Bu mərhələdə HƏMAS-ı məhv etmək üçün hava hücumları, sonra isə yerüstü əməliyyatlarla yaraqlıları və infrastrukturu sıradan çıxarmaq tapşırıqları yerinə yetirilir””, – Qallant deyib.
Onun sözlərinə görə, ikinci mərhələdə hərbi əməliyyatlar davam edəcək, lakin daha az intensivliklə. Çünki bu zaman qoşunlar “müqavimət ocaqlarını aradan qaldırmağa” çalışacaqlar:
“Üçüncü addım Qəzza zolağında yeni təhlükəsizlik rejiminin yaradılması, İsrailin orada gündəlik həyat üçün məsuliyyətinin aradan qaldırılması və vətəndaşlarımız, eləcə də Qəzza zolağının sakinləri üçün yeni təhlükəsizlik reallığının yaradılması olacaq”.
Gununsesi.info