
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı maraqlı təşəbbüslə çıxış edib.
Gununsesi.info bildirir ki, Mədəniyyət Nazirliyində baş verənləri şərh edən baş redaktor bu sahəni qaydaya salacaq şəxs kimi millət vəkili Qənirə Paşayevanın adını çəkib. Akif Aşırlının qeydlərini təqdim edirik:
Əbülfəs Qarayevdən sonra Mədəniyyət nazirliyinin bəxti hec vaxt gətirmir.
Bu hadisələr həm də ona görə baş verir ki , ölkənin bu baş mədəniyyət oçağında Azərbaycan mədəniyyətini , incəsənətini , sınətkar eqosunu yaxşı bilməyən insanlar önə cəkilib , vəzifələrə təyin olunub.
Növbəti təyinatdan sonra yalnız bunu demək olar , Adil Kərimli ola bilsin fəaliyyətində şəffaf olub , səmimi kadr təəsüratları bağışlayıb .Amma , içtimai rəy nəzərə alınsa nazir postuna millət vəkili Qənirə Paşayeva daha uyğun gəlir.
Bir necə ildir ki , Qənirə xanım Milli Məclisin mədəniyyət komitəsinin sədridir , mədəniyyət xadimləri ilə kecirdiyi görüşlər , yubley tədbirləri , qanunvericiliklə bağlı təşəbbüsləri , idarəciliyi , obyektivliyi və operativliyi adi sosial media şəbəkələrindən də görünür.
Bu statusumu başqa yerə yozmağa ehtiyac yoxdur , düzü hec bir ilə yaxındır Qənirə xanımla təmasım da olmayıb , nə də onun bu istəyinin olacağına inanmıram. Sadəcə , bu qeydlərim mədəniyyət nazirliyində yaranan son narahatlıqla bağlı vəziyyətin düzəldilməsi istiqamətində düşündüklərimdir , bu sahədəki boşluqları Qənirə Paşayeva qısa müddətdə , səmərəli həyata kecirmək imkanındadır.
Mətləb
Gununsesi.info