
“Mixail Saakaşvilinin müalicəsinin cavabdehi Gürcüstan hökumətidir”.
Gununsesi.info bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözcüsü Ned Prays “Turan” agentliyinin Vaşinqtondakı müxbirinin sualını cavablandırarkən söyləyib. Amerika rəsmisi bunları bildirib:
“Müstəqil ictimai müdafiəçilərin, tibbi ekspertlərin önərdiyi şəkildə lazımı bütün tibbi-psixoloji müalicəvi sağalma da daxil olmaqla cənab Saakaşvilinyə ədalətli və qürurlu şəkildə davranmaq Gürcüstan hökumətinin məsuliyyətidir. Əlbəttə, insan haqlarınının qorunmasını və ehtiyacı olan hər cür qayğını almağını təmin etməlidirlər”.
Tərcümə: Arzu Sayadoğlu