
Buta aviaşirkəti bu gün saat 16:00-dan 9 uçuş istiqaməti üzrə endirimli biletlərin satışına start verib. Gununsesi.info-nun xəbərinə görə, 29 avroya təklif olunan biletlərə təlabat çox olduğundan şirkətin saytı yüklənməyə məruz qalıb və nəticədə 9 dəqiqəyə çöküb. Hazırda saytın yenidən aktivləşdirilməsi istiqamətində işlər aparılır.
Gununsesi.info