
Bu həyatda yaşanmış gerçək elə hekayələr var ki… “Bu qədər də olmaz” dedirdir adama.
Ailələri tərəfindən vəhşi təbiətə tərk edilən uşaqlara vəhşi, ya da yabanı uşaq deyilir. Üstəlik, bu uşaqlar təbiət qoynuna tərk edildikdən sonra həyatlarını itirmir, bir şəkildə təbiətə uyğunlaşaraq heyvan sürülərinə qarışıb onlar kimi yaşamağa və davranmağa başlayırlar. Elə ki, bu uşaqlardan bəzilərinin heyvanlar tərəfindən böyüdüldüyü iddia edilir. Ancaq aralarında bəzi hekayələr var ki, olduqca qəribədir. Elə meşədə heyvanlar tərəfindən böyüdülən 3 uşağın tarixə keçən qeyri-adi hekayəsi ilə tanış olun.
Gununsesi.info həmin yazını xarici mətbuata istinadən sizə təqdim edir:
1. Qurd Uşaq – Dina Saniçar. Təqvimlər 1872-ci ili göstərdiyində, Hindistanın Uttar Pradeş bölgəsində bir qrup ovçu tərəfindən tapılan Saniçar kiçik bir uşaq olmasına baxmayaraq, qurdlarla birlikdə gəzir, onlar kimi davranır, 4 ayaq üzərində yeriyirdi. Onu tapanlar ilk olaraq nə tapdıqlarına anlayış verə bilmədilər. Ovçular kiçik uşağı izlədiklərində, bir mağaraya girdiyini, qurdların arasında qaldığını gördülər. Sonra mağarayı alova verərək qurdları öldürüb uşağı onlrdan xilas etməyi düşündülər. Ancaq bu uşaqla nə edəcəklərini bilmirdilər. Uşağı Hindistanda bir yetimxanaya təslim etdilər. Ona Dina Saniçar adı burada verildi.
Ancaq o bu yerə uyğunlaşa bilmir, olduqca çətin günlər yaşayırdı. Əslində, buraxıldığı meşədən ayrılmaq, insan kimi yaşamaq istəmirdi.
Saniçar bir çox adam tərəfindən aşağı səviyyəli intellektli (İQ) olaraq qiymətləndirilirdi. Yetimxananın müdiri Erhart qeydlərində onun gerizəkalı olduğunu, ancaq yenə də zəka əlamətləri göstərdiyini yazırdı. Bununla yanaşı, orada heç bir zaman danışma, oxuma və yazmağı öyrənə bilmmirdi. Sadəcə, heyvan səsləri ilə danışıb, anlamağa çalışırdı. Bütöv Ay olduqda ulayır, 4 ayaqlı kimi yeriməyə çalışırdı. Normal bir şəkildə yeriməyə başlasa da, paltar geyinməkdən xoşlanmayıb çılpaq gəzirdi.
Üstəlik, yetimxanaya ilk gəldiyi illərdə yeməklərini bişmiş yemirdi, dişləri ilə ətlərini və sümüklərini ayırırdı. Heç bir insani əlamət göstərməməsinə baxmayaraq dost qazanmağı bacarmışdı.Çünki yetimxanada onun kimi heyvanlar tərəfindən böyüdülən başqa bir uşaq da vardı. İnsani yaşam sürməkdə olduqca çətinliklər çəkən Dinanın insani vərdişlərindən biri siqaret çəkmək oldu. Ancaq illər keçsə də, heç bir şəkildə insan həyatına uyğunlaşa bilmədi. 10 il insalarla yaşamasına rəğmən, boyu uzanmadı. Ön dişləri olduqca böyük və başı basıq formada şəkilləndi. 29 yaşında isə vərəmdən öldü.
2. Uqandalı Meymun Uşaq – Con Sabunya. Uqandalı Con Sabunya hələ 4 yaşında ikən atası və anası göslərinin önündə qətlə yetirilmişdi. Anasının vəhşicə öldürülməsinə şahidlik edən kiçik uşaq növbənin ona gələcəyini düşünərək meşəyə qaçdı. Bir digər rəvayətə görə, bir anlıq hislə ana-atasını vəhşicə öldürdükdən sonra meşəyə qaçdı. Valideynlərininin onu yalnız buraxmasına aid iddialar olsa da, onun yaşadığı kənddə hər kəs bu kiçik uşağı günahkar bilirdi.
Nəhayət, təkbaşına qalan uşaq meşəyə qaçdı və nə oldusa, elə orada oldu. Bir müddət sonra yanına gələn və ona fındıq və dadlı kartof verən meymunların arasında qatıldı.
Əslində, Millie Conu yaxalayana qədər bir çox adam onun meşədə bir qrup meymunla birlikdə yaşadığını hesabatlarına salmışdı. Qısa müddət sonra Con Millienin kəndinə geri gətirildi və bir neçə həftə maraq mərkəzində oldu. Bütün kən onu isti yeməklərlə qidalandırdı. Kimsə onu övladlığa götürüb paltarlarını almaq istəməsə də, öncə bir ailənin yanına yerləşdirildi. Zaman içində yetimxanaya verildi. Burada 1500 uşaqla birlikdə danışmağı, yeriməyi, qabdan su içməyi, normal uşaqların etdiyi onlarla vərdişləri öyrəndi.
İlk dəfə danışdığı zaman yetimxanadakı hər kəs bu kiçik uşağın tilsimləndirici səsindən təsirləndi. Onu xora yazdılar. Ancaq Conun bacarıqlı olduğu tək şey mahnı deyildi. Gənc uşağın futbola özəl marağı vardı. Bu dəfə isə 2003-cü ildə zehni və fiziki məhdudiyyətli uşaqlar ilə yeniyetmələr arasında keçirilən olimpiadalarda öz komandasının kapitanı olaraq boy göstərdi.
Elmin “Vəhşi Uşaq” kateqoriyasına yazdığı Con hazırda 42 yaşındadır. Futbol və mahnı ilə qazandığı pullarla Uqanda Bomboda özünə kiçik bir ev alan Conun ən böyük istəyi isə evlənib uaşq sahibi olmaqdır.
3. Analiz edilməsi istənən Vəhşi Uşaq – Viktor.
Fransada meşəlik bir yer olan Aveyronda 1797-ci ildə üstü-başı çılpaq olan, hər tərəfi toz-torpaq içində olan kiçik bir oğlan uşağı tapıldı. Kimsə ilə heç bir şəkildə danışmayan, vəhşi hərəkətlər sərgiləyən uşaq kəndlilərin bir xeyli marağını çəkdi. İlk fürsətdə həmin kənddən qaçan uşaq 1 il sonra həmin yerdə 3 nəfər tərəfindən yenidən yaxalanır. Bu səfər 1 evə götürülən uşağa 1 həftə qulluq edildi. Yemək verildi, çimizdirildi, ancaq bu uşaq ilk düşən fürsətdə qaçmağa davam edirdi.
Sonrakı qaçışından sonra olduqca böyük şübhə oyandıran müəmmalı uşaq bu dəfə öz istəyi ilə arada bir təkrardan ortaya çıxmağa başladı. Özəlliklə, acdığı zamanlarda kəndlilərin evinə gələn uşaq daha sonra təkrar meşənin dərinliklərinə qərq olurdu.
Bu olaylar yaşandıqdan 2 il sonra buz kimi bir qış günündə uşaq yenidən ələ keçirilir. Bu yaxalanmanın ardından uşaq bir daha vəhşi təbiətə buraxılmır, kəndin yerliləri tərəfindən böyüdülür. Əsla danışmayan, iki əl və ayağı üstündə yeriyən, anlaşılmayan qəribə səslər çıxaran uşağın xəbərini alan Napoleonun qardaşı Lusien Bonapart uşağın mütəxəssislər tərəfindən analiz edilməsini istədi.
Onun üzərində analiz edən ekspertlər yeniyetməlik yaşına girdiyi diaqnozunu verdilər. 12 yaşlarında olduğu düşünülən uşağa “Viktor” adı verildi. Dönəmin tanınmış həkim və tədrisçilərindən olan Cin-Mark-Qaspard İtard tərəfindən öyrədilən uşağın inkişafının necə olacağı böyük maraqla izlənilirdi. Hər gün yüzlərlə adam səfər edərək onu görmək üçün olduğu evə axın edirdi.
Uşaq ilk başlarda insanlıqdan tamamən uzaq şəkildə heyvanlara xas davranışlar edirdi. İsti və soyuq fərqini belə qavraya bilməyib, kartofları ala bilmək üçün əlini qaynar suya dəfələrlə salan, ağrı-acısı olmayan, təbiətdə tapılmayan səslərə-mühit istiliyi kimi qavramlara qarşı reaksiya verməyən, yatmaq və yeməkdən başqa heç bir şeylə maraqlanmayan, çevrəsindəkilərə qarşı daima tətikdə olan, heç bir şey üzərində diqqətini toplaya bilməyən uşağın öyrədilməsi israrla davam etdirilirdi.
Onun üzərində edilən analizlərin birində uşağın eşitmə orqanının taamamən təbiətə uyuşmuş hala gəldiyi görüldü. Çeşidli meyvələrin yerə düşmə səslərinə və bəzi heyvanların səslərinə qarşı anında reaksiya verən uşağın çox yaxınında partlayan silah səslərinə qarşı maraq göstərmədiyi müşahidə edilmişdi.
Tədrislərdən sonra Viktor isti və soyuğu ayırmağa başladı. Bununla onun inkişafında böyük bir partlayış yaşanır. Özünü daha isti hiss etmək üçün paltarlar geyinməsi, sarılma kimi durumlardan zövq və hissiyat almaq vərdişlərini öyrənir. Sonra bunları onun ağlaması təqib edir. N
Nəzəriyyələrə görə ailəsi tərəfindən 4 yşaında tərk edilən Viktor bundan öncə zehni -əqli qüsurlu və ya kar idi. Tapıldıqdan sonra tədrisinə davam edilən və bəlli səviyyələrdə rabitə və empatiya quran Viktor 40 yaşına qadar səssiz-sədasız yaşayaraq 1828-ci ildə ölür.