
Bu gün hüquq-mühafizə orqanları içərisində məhkəmə ilə bağlı şikayətlər çoxdur.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib.
Deputat bu sahədə nöqsanların olduğunu söyləyib: “Vətəndaşın narazılığı əgər məhkəmələrdən asılıdırsa, bu o deməkdir ki, məhkəmə işinin düzgün aparılmama halları yaşanır. Belə olan halda məhkəmənin çıxardığı qərar da ədalətli olmaz. Yeni təyin olunan hakimlər bu məsələlərə diqqət yetirilməlidir ki, ədalətsizlik olmasın. Vətəndaşları illərlə süründürürlər, burada hakimlər də günahkardır. Onlar tənbeh olunmalıdır, ən azından maaşlarından kəsilmələr olmalıdır ki, belə hallar olmasın”.
Gununsesi.info