Bulvarda qadın suda batdı, axtarışlar davam edir -VİDEO

Bakı şəhərinin Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində qadın batıb.

Gununsesi.info FHN-yə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları dənizdə batması ehtimal edilən 1963-cü il təvəllüdlü Qurbanova Nərminə İslam qızının axtarışlarına başlayıblar.

HTML tutorial

Hazırda qruplar tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Gununsesi.info