
Prokurorluq bir milyon manatdan çox dələduzluqda təqsirləndirilən şəxsə bəraət verilməsi ilə bağlı hökmdən protest verib.
Gununsesi.info Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Azər İsmayılovun Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Binəqədi RPİ-də istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Məhkəmənin 15 avqust 2024-cü il tarixli hökmü ilə Azər İsmayılova bəraət verilib. Qeyd edilən bəraət hökmündən sentyabrın 3-də dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilib.
A. İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi müəyyən edilmədiyindən Azər İsmayılov barəsində bəraət hökmü çıxarıb.
Gununsesi.info