Monqolustan Putini həbs edə bilmədiyi üçün üzr istəyib

  • By Günel
  • 04 Sentyabr 2024 14:48

Monqolustan hakimiyyəti Rusiya Prezidenti Vladimir Putini Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında həbs edə bilməyəcəyinə görə üzr istəyib.

Hökumət rəsmisi bunu ölkəsinin enerji asılılığı və neytrallığı ilə izah edib:

“Hər kəsdən üzr istəyirik, əlimiz bir az bağlıdır”.

Bu barədə sentyabrın 3-də “Politico” nəşri hökumətin Ulan-Batordakı nümayəndəsinə istinadən yazıb.

“Monqolustan neft məhsullarının 95 faizini və elektrik enerjisinin 20 faizindən çoxunu qonşu ölkələrdən idxal edir. Bu təchizatlar bizim və xalqımızın varlığını təmin etmək üçün çox vacibdir”, – deyə Monqolustan rəsmisi “Politico”ya bildirib.

O əlavə edib ki, Monqolustan bütün diplomatik münasibətlərində həmişə neytrallıq siyasətini davam etdirib.

Gununsesi.info