
İstanbulun Bayrampaşa bölgəsində yerləşən biznes mərkəzlərindən birində yanğın başlayıb.
Gununsesi.info “NTV”yə istinadən xəbər verir ki, əraziyə çox sayda yanğınsöndürən cəlb olunub.
9 nəfərin ofisin daxilində köməksiz halda qaldığı bildirilir.
Yanğının səbəbi hələ ki məlum deyil.