Türkiyə daha 3 PKK terrorçusunu zərərsizləşdirdi

  • By arzu
  • 02 Avqust 2023 13:11

Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı hərbi əməliyyatlarını davam etdirir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Pəncə-Kilid” Əməliyyatı bölgəsində 3 PKK terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün sosial media hesabında paylaşım edib.

Verilən məlumatlara əsasən, təsirsizləşdirilən terrorçular Zap bölgəsində təsbit edilib.

“Terrorçuların qaçacaq yerləri yoxdur. Heç bir yer onlar üçün təhlükəsiz deyil. Terroru qaynağında qurutmaqda əzmkarıq, qərarlıyıq”, – deyə  Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Tərcümə: Arzu

Gununsesi.info