Rusiya PUA-ları Odessadakı liman obyektlərinə zərbələr endirdi

Ukrayna hakimiyyəti Rusiyaya məxsus pilotsuz təyyarənin Odessanın cənubundakı liman və sənaye obyektlərinə zərbələr endirib və hücumdan sonra yanğın baş verdiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Oleh Kiper də hücumda taxıl anbarının zədələndiyini bildirərək, Ukrayna ordusunun yaxın saatlarda daha ətraflı məlumat verəcəyini bildirib. Ukrayna Hərbi Hava Qüvvələri daha əvvəl Rusiya İHA-larının Dunaydakı əsas limanlardan İzmailə doğru uçduğunu bildirmişdi.

Rusiya ötən ay Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukrayna ilə taxıl müqaviləsindən çıxdıqdan sonra Ukrayna limanlarını hədəfə almağa başlayıb. Rusiya Ukraynanın Qara dəniz limanlarına doğru hərəkət edən gəmiləri də hədəfə almaqla hədələyib.

Buna görə də Dunay çayı Ukrayna taxılının ixracı üçün mühüm alternativdir. Rusiya iyulun 17-də öz ərzaq məhsullarının satışına qoyulan maneələrin aradan qaldırılmaması səbəbindən ötən ilin iyulunda başlayan Taxıl Dəhlizi Sazişindən çıxdığını elan edib.

Gununsesi.info