Netanyahunun Türkiyə səfəri niyə ləğv edildi? – Detallar

  • By arzu
  • 02 Avqust 2023 12:53

İsrailin Baş naziri Binyamin Netanyahunun iyul ayında Türkiyəyə səfər edəcəyi açıqlanmışdı.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, vəzifə müddətində ilk dəfə Türkiyəyə səfər edəcək Netanyahunun ziyarətinin gözlənilən tarixdə gerçəkləşməməsinin səbəbi açıqlanıb.

Sualların ünvanı olan 28 iyul səfərinin ləğvinə səbəb Netanyahunun səhhəti olub.

Keçən həftə ürəyinə izləmə cihazı taxılan Ntanyahunun qəlbinə pul yerləşdirilib. Səhhəti pisləşən İsrail lideri bu üzdən, Türkiyəyə səfər edə bilməmişdi.

Yüksək hava istiliyi səbəbi ilə keçən həftə ürəyi gedən Ntanyahu təcili xəstəxanaya aparılmışdı. Bundan sonra onun Türkiyə səfəri ertələnmişdi.

Xatırladaq ki, Türkiyənin Rabitə Nazirliyi iyul ayında Fələstin və İsrail liderlərinin üç gün ara ilə Türkiyəyə səfərini açıqlasa da, sonradan İsrail liderinin gəlməməsi böyük maraq mövzusu olmuşdu. Görüş zamanı rgional, qlobal və gündəm mövzuların danışılacağı planlaşdırılırdı.

 

Tərcümə: Arzu

Gununsesi.info