Belarus helikopteri Polşanın hava sərhədini pozub

Belarusun müvəqqəti işlər vəkili Polşa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Gununsesi.info xəbər verir ki, buna səbəb Belarus Prezidenti Aleksandr Lukaşenkonun mühafizə helikopterinin Polşanın hava sərhədini pozması olub.

Polşanın xarici işlər nazirinin müavini Pavel Yablonskin bildirib ki, Varşava lazımi nəticələri çıxarır və sərhədlərin mühafizəsini gücləndirir:

“Biz ehtimal edilən təhlükələrin qarşısını alacağıq”.

 

Gununsesi.info