
“Dünən Zelenskinin ABŞ Konqresindəki çıxışını dinləndikcə, həm onun, həm dünyanın siyasi gündəminin xeyli dəyişdiyini fərq etdim. Daha kədərlisi bilirsiz nədir? 10 gün sonra başa çatacaq 2022-ci il Ukrayna müharibəsində qurban gedən minlərlə insanın ömründə sonuncu il oldu”.
Bunu Gununsesi.info-ya açıqlamasında siyasi ekspert Anar Məmmədli Zelenskinin ABŞ səfəri haqqında danışarkən deyib.
Onun sözlərinə görə, bunları düşündükcə adam dəhşətə gəlir, ətrafımızda yaşanan insanlıq faciəsinə həyata və gələcəyə ümidlər itir:
“Amma olaya başqa bir yandan da baxaq. Bu gün Rusiya raketlərinin hədəfində olan, Avropaya qaçqın düşən və ən igid övladlarını cəbhədə itirən ukraynalıların gələcəyə ümidi daha böyükdür, nəinki bizim xalqın”.
Mətləb
Gununsesi.info