Ən xoşbəxt ölkə: Təhsil pulsuz, imkansızlara dövlətdən yardım, iş müddəti: 5-6 saat… – Bam-başqa həyat /FOTOLAR

  • By arzu
  • 22 Dekabr 2022 16:30

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki,

HTML tutorial

Norveç. Dövlət idarəçiliyində kralına birbaşa heç bir haqqın tanınmadığı, hökümət yönəldiciliyində bərabər təmsilçilik və karyera fürsətlərinin, insanların günlük iş müddətinin 5-6 saat, təhsilin pulsuz, dünyadakı ən yüksək yaşam standarları və ən yüksək cinsiyyət bərabərliyinin olduğu, bacarığı olanlara, təhsil almaq istəyənlərə, maddi durumu ağır olan kasıblara dövlətdən qayğı və dəstəyin verildiyi, kralının ictimai nəqliyyatdan istifadə etdiyi, adambaşına illik 70-75 min dollar gəlirin düşdüyü, füsünkar təbiəti, möhtəşəm zənginlikləri, insana verilən dəyərləri və cəza çəkən cinayətkarlarını ən lüks şəraitdə, yaşıllıqlar içərisindəki mənzərəli adada Halden adlı həbsxanasında saxlayan və insanların zövqlə və sakit həyat yaşadığı ölkə.

Təsvirlə; təbiətlə insanın, həyatla sevginin, qanunla hüququn bir nöqtədə qucaqlaşdığı, isinişdiyi və kəsişdiyi yer.

Azərbaycandan təqribən 3469 km uzaqlıqda yerləşən Norveç. Quzeyin soyuq, ancaq bir o qədər də özünə çəkici ölkəsi. Vikinqlərin və əfsanələr tarixinin fiyordların sahillərində birləşdiyi bir ölkə. Əsl adı “Nordweg”dir ki, bu da Azərbaycan Türkcəsində “Şimal Yolu” anlamına gəlir. Norveç 2017-ci ildə dünyanın ən xoşbəxt ölkəsi statusunu qazanıb. Və son 15 ildə bu cür ən yüksək yaşam standartları baxmdan ən az 10 dəfə dünya onluğuna girib.

 

Paytaxtı Oslo, milli valyutası kron olan Norveçdə ortalama illik gəlir 45 min dollar civarındadır. Ümumdaxili məhsul istehsalına görə adambaşına düşən milli gəlirləri isə BMT və BVF-yə əsasən, 75 min dollara yaxındır. Bu ölkədə nələr yoxdur deyə sadalasaq, deyə bilərik ki, nəqliyyat gurultusu yoxdur, təhsil haqqı da yoxdur, işsizlik də yox səviyyəsindədir. Ölkə bir də kişi yetərsizliyindən çətinlik çəkir. Ay sonunu düşünmə dərdi yoxdur.

Hər kəsə dövlət qayğısı və dəstəyi

Maddi durumu ağır olanlara dövlət özü külli-miqdarda dəstək verir, qayğısına alır.

Tanınmış biri olmasanız da, dövlət hər bir sənətçini və yazarı potensial bir bacarıq sahibi, istedad olaraq görür və onlara dəstək verir, sahiblənir. Örnək demək gərəkdirsə, kitab yazmaq istəyən birinə dövlət “Qrans“ adında aylıq maaş ödəyir və kitabı bitirənə qədər də bu pulu həmin adama ödəyir. Kitab çap edildikdən sonra da dəstək kəsilmir. Hər kitabxana yeni çapdan çıxan kitablardan bəlli sayda almaq və xalqa qovuşdurmaq üçün vəzifələndirilib. Beləcə, yazarlar öz bacarıqlarından pul qazana bilirlər. Bu da bir şeylər qurub-yaratmaq istəyənlər üçün güvən deməkədir.

 

Pulsuz təhsil və elmə dəyər

Məktəb xərcləri dərdi də yoxdur. Bir insan yetər ki, oxumaq istəsin. Burada universitetlər tələbələrə təhsili ödənişsiz verir. Və təhsil ölkə çölündən gələn əcnəbi tələbələrə də pulsuzdur. Həmçinin Norveçdə universitetlərin tərkibindəki məktəblər də təhsili pulsuz verilir. Xalq təhsili baxımından Avropanın ən yaxşılarından biridir. Təhsildəki başlıca prinsipləri bərabərlik və əhatəlilikdir. Bu səbəbdən də şagirdlərə rəqabət öyrədilməz, sinfin ən aktivləri əsla açıqlanmaz. Norveçdə oxuyanları sınağa götürülmür və onlara ev tapşırığı verilmir. Üstəlik, idman və digər yarışlara qatılan körpələr bərabər dərəcələrlə mükafatlandırılır. Birincilik və ikincilik kimi medallar verilmir. Qısacası, birincini xoşbəxt etmək üçün digərlərini kədərləndirmək burada görməyəcəyiniz başqa bir durumdur. Ortalama 19 il təhsil alarlar. Təhsilə olan maraqdan başqa, dünyada adam başına ən çox kitab oxunan və kitaba ən çox pul xərclənən ölkə də Norveçdir. Yaponlara 1980-ci illərdə qızıl balıqdan suşi düzəltməyi də bu kitabsevərlər Norveçlilər öyrədib.

İş və xoşbəxt həyat sistemi

Norveç dünyada insanlara ən yüksək dəyərin verildiyi və yaşam standartları ən yüksək olan 3 ölkədən biridir. Və gündə ortalama 5-6 saat çalışırlar. Çünki dövlət xoşbəxt nəfərlərin, boş vaxtı bol olan insanların qısa iş müddətində verimli səmərəliliklərinin daha yüksək olacağını düşünür. İnsanların ailələri və dostları ilə vaxt keçirməli, gəzməli və şəxsi inkişafları üçün zamanları olmalıdır. İş isə ikinci plandadır. Norveç sakinləri tam anlamı ilə sərbəst və sakit həyatın dadını çıxarırlar. Nə ölkəymiş dedirdən Norveç – macərası, füsünkar təbiəti, möhtəşəm zənginlikləri və insana verilən dəyərləri ilə bam-başqa bir dünya kimidir. BMT hesabatlarına əsasən, dünyadakı ən yüksək cinsiyyət bərabərliyinin olduğu ölkələrdən biridir Norveç. Karyera fürsətləri, hökümət yönəldiciliyində təmsilçilik də bu bərabərliyə daxildir. Norveçdə insanlar sakit həyat yaşayırlar. Norveçi tanıdıqca hər yönü ilə başqa bir palentdə yaşadığını düşünməmək olmur.

 

Qəribə qanunları

Bu ölkədə insanların oğurluq dərdləri yoxdur. Ölkədə ən aşağı sayda suç faizlərindən biri oğurluqdur. Və bunlar ən ayıb suçlardandır. Fırıldaqçılıqla qarşılaşma dərdi də yoxdur. Bu ölkədə fırıldaqçılıq suçu bir əlin barmaqlarının sayını keçməyəcək qədər azdır. Və bunu edənlər də toplum tərəfindən qınanır. Norveç dünyada ən az cinayətlərin törədildiyi ilk 11 ölkə sırasında yer alır. Bu ölkədə qəribə qanunlar və adı qoyulmamış qaydalar var. Norveçdə 12 yaşın altında olan uşaqların reklamlara çəkilməsi qadağandır. Şiddət görən körpələr yoxdur. Əgər müəllimləri hər hansısa bir şagirddə bir yara izi ilə rastlaşarsa, dövlət dərhal təhqiqat başladır. Və uşağa şiddət edildiyi təsbit edildiyi halda, heç tərəddüd etmədən ailəsinin əlindən alır. Bu yoxlamalar sıx-sıx edilir.

Norveçdə sərxoş şəkildə sükan başında yaxalanarsınızsa, 30 günlük həbs cəzası, 1 illik vəsiqənizə əl qoyma və aylıq gəlirinizin yüzdə 10%-i qədər -cərimə almış olarsınız.

 

İdarəetmə sistemi

Keçək mövzunun daha dərin bölümlərinə. Şimalın “Soyuq Cənnəti” deyə biləcəyimiz arzular ölkəsi bu cür yüksək yaşam standartlarını necə əldə edib? Norveç bir monarxiya olsa da, kral ailəsi sadəcə simvolik və tarixi bir dəyər olaraq var. Və söz haqqı tamamilə Milli Məclisdədir. Digər bəzi ölkələrdə olduğu kimi kralların sərhədsiz haqlara sahib olduğu bir monarxiya deyil. Kralın dövlətin yönəldilməsində birbaşa bir təsiri yoxdur. Üstəlik, burada Danimarka və İsveçdən fərqli olaraq ölkənin krala deyil, kralın ölkəyə aid olduğunu bildirmək üçün rəsməm “Norway”s King” – yəni, Norveçin Kralı kimi adlandırılır. Kral qanunlar çərçivəsində hər kəslə bərabər haqq durumundadır. Norveçin son krallarından olan V. Olav ictimai nəqliyyatdan istifadə edirdi və hər dəfə yol pulunu da özü ödəməsi ilə gündəmdə idi.

 

Dinlərə hörmət

4 ildən bir seçimlə yenilənən və Unitar Məclis üsulu ilə yönəldilən ölkədə xalqın 75%-ə yaxını protestant olsa da, insanlar özlərini bütövlükdə ateist olaraq tanımlayırlar. Ancaq burada kilsə Papadan asılı olmadığı üçün dövlətin bir qolu kimi çalışır. 2012-ci ildə yeni gətirilən qanunla “Dövlət kilsəsi” ifadəsi götürülmüş olsa belə, ölkənin kralı hələ də Norveç kilsəsindən asılı olmaq məcburiyyətindədir.

 

Sadə yaşam insanları və təbiətə dəyər

Kralı toplu nəqliyyatdan isitifadəsi ilə sadəlik örnəyi olan ölkədə yaşayan insanların da çoxusu bahalı, hündürmərtəbəli villalarda deyil, kəndlərdə, göl kənarlarında və təbiət qoynunda, köhnə üslubda tikilmiş taxta evlərdə yaşayı

 

Səliqəli və rəngarəng şəkildə tikilmiş bu evlərdə nəinki yaşamaq, hətta onları görmək özü insan ruhuna ovsunlayıcı bir enerji ötürür. Dövlət təməl olaraq təbiətlə iç-içə olan bir ölkə anlayışına sahibdir. Dövlət ağacları, yaşıllıqları məhv edib onun yerinə yüksək göydələnlər tikmək yerinə, Norveçin mədəniyyətinə uyğun, təbiəti ilə örtüşən kiçik və rəngli tikililərə üstünlük verir. Çünki təbiəti qorumağın xoşbəxt bir yaşama sahib olmağın ən önəmli ünsürü olduğunu düşünürlər. Norveçdəki maksimal insani yaşam səbəbindən bir çoxları “Dünyada cənnət yoxdursa, bəs Norveç nədir?, -deyə sual edirlər. Göllərdən, dağlardan və təbiət mənzərələrindən qurulmuş və hələ də pozulmamış bir eko sistem ölkəsi içində yaşamaq üçün gözəl və ya ideal bir yer olaraq qəbul edilir. Burada təbiət insanların ən böyük əyləncəsidir.

 

Norveçdə irili-xırdalı 450 min göl var. Başqa bir deyişlə, həftə sonu istədiyiniz yerdə manqal aça  bilərsiniz. İstədiyiniz kimi suya girə və balıq tuta bilərsiniz. Qış idmanını sevənlər üçün bu ölkə çox gözəl tətil yeridir. Əlbəttə ki, iqlim qış aylarında çox soyuqdur və yaşamınız da buna görə şəkillənir. Bu fəsillərdə bütövlükdə düşərgələşmə, orman, dağ və qaya yürüşləri ön planda olur. Evlərin yaxınında sürüşmə mərkəzləri var. Və meşələr də şəhərlərlə bitişik, iç-içə keçişmiş durumdadır. “Allemansrett” adında bir qanunları var. Kəlmənin tam anlamı ilə “hər insanın haqlarına” çevirilər. Bu azadlıq üçün bir toplum haqları qanunudur. Yəni, düşərgədə sala biləcəyiniz və ya yürüyərkən çadır qura biləcəyiniz anlamına gəlir. “Utmark” deyilən əkilməmiş yerlərdə bunu edə bilərsiniz. Ormandakı meyvələrdən dadmaq da izinlidir. Ölkənin qayalıq və gözəl təbiəti adrenalin və ekstrim yaşamaq istəyənlər üçün çox uyğun bir ortam yaradır.

 

 

Yayın böyük qismində hava isti olduğu üçün göllər girilə biləcək hərarətdə olurlar. Qumsallıq da yetərincədir. Hətta qış aylarında belə qarların altındakı göllərdə üzən insanlar görə bilərsiniz. İsti su qaynaqlarının olduğu bu göllərdə insanlar üzməyi çox sevirlər. Gənclər isə həm yaz, həm də qışda burada düşərgələşəməyə üstünlük verirlər.

 

 

Bunları edərkən təbiətin bir şöləsi olan quzey işıltılarını izləmək də norveçlilərin ən böyük şanslarından biri sayıla bilər. Bu işıltılar dünyanın maqnit sahəsi ilə Günəşdən gələn çoxlu zərrəciklərin qarşılıqlı təsirlənməsi sonucunda göy üzündə yarana təbii parıltılardır. Bu görüntünü Norveçin böyük qismindən izləyə bilərsiniz.

Həm dağlıq olması, həm də ekoloji çevrəni qorumaq məqsədi ilə başlıca olaraq şəhərlərarası yollar körpü və ya tunel olaraq salınır. 21 km uzunluqlu dünyanın ən uzun tuneli də Norveçdədir. Bu anlayış onlarda nağılabənzər bir memarlığın da yaranmasını gətirib çıxarıb. Evləri və digər tikililəri ilə hər tərəf bir şəklə kadr olacaq dəyərindədir.

 

Norveçdə 800 il öncə tikilən Borqan Steve kilsəsinin hələ də təravətli və saz vəziyyətdə qorunması dövlətin tarixə verdiyi bir dəyərin örnəyidir. Bu ölkədəki turistik əsrarəngiz şəlalələrin yaxınlığında çox təbii gözəllikləri qorumaq üçün bahalı 5 ulduzlu otellər tikmək əvəzinə çox kiçik sığınacaqlıq evlər salınıb.

 

Ölkə balıqçılığı ilə tanınmışlıq qazanıb. Balıqçı daxmaları da bir o qədər xoş qarşılanır. Evlər isə əski ənənələrə bağlı olaraq rəngarəng və taxtadandır. Özəlliklə kəndlərə gedəcək olsanız, daha sıradan kənarları da görə bilərsiniz. Təbii yalıtmaları, yəni izolyasiyaları təmin etmək üçün üstü torpaqla örtüləcək şəkildə inşa edilən kənd evləri hələ də istifadədədir. Norveç təbiətə bağlı bir ölkədir. Dünyadakı ən təmiz sulardan bəzilərinə sahibdir. Hava çirkiliyi çox düşük səviyyədədir.

 

Çayları və gölləri təmiz olan Norveçdə yaşam uzundur; ortalama 84 il. Çox nəzərə çarpacaq bir şeyi də deyim ki, Norveçdəki Longyearbyen qəsəbəsində ölmək qadağandır. Aşırı soyuqlar səbəbi ilə çürüməyən bədənlər yerli xalqda yolxucu xəstəlik qorxusu oyandırıb. Bu səbəblə 1950-ci ildə qəsəbədə ölmək yasaqlanıb. Norveçlilər yaşadıqları rahat həyat və onları yaxşı qulluqla təmin etdiyindən dolayı dövlətlərinə minnətdardırlar. Ölkələrarası Barış İndeksinə dörə Norveç dünyanın ən barışcıl ölkələrindən biridir. Çox şeyin ƏNlərinə sahib olan ölkədə bir çarpıcı bilgini də deyim ki, Norveçdə Günəşi gecə yarısında görə bilərsiniz. Bu isə Norveçdə yaşanan bir qeyri-adi təbiət fenomenidir. Bəlkə də, təbiətə və bütün canlılara verilən dəyərdən dolayı bu, təbiətin bu gözəl ölkəyə bir mükafatıdır. Beləcə, bu ölkədə yaşayan insanlar balıq ovlamaq üçün daha çox Günəş işıqları fürsətinə sahibdir. Bu səbəbdən də ölkədə heyvanlarla özəl maraq var.

Heyvanlara hörmət

Hər hansısa bir sağlık gərəkliliyi yoxdursa, ya da heyvanın yaşam keyfiyyətini yüksəltməyəcəksə, köpəklərinizi, qısırlaşdıra bilməzsiniz, qadağandır. Yəni, mədəni desək, törəməsini əngəlləyə bilməzsiniz. Norveçdə küçələrdə sahibsiz itlər görməyiniz çətin işdir. Pişiklərin isə boyunundan tutmaq yasaqdır. Bu qaydaya uymasanız, pul cəzası ala bilərsiniz və hətta haqqınızda məhkəmə davası da açıla bilər. Heyvan hüquqları pozuntusunun ciddi həbs cəzaları var. Ev heyvanlarının isə pis rəftara məruz qalıb-qalmaması sıx-sıx dövlət tərəfindən nəzarət altında tutulur. Bu azmış kimi, Norveç cəngavər tituluna sahib bir pinqivinin olduğu tək ölkədir. Pinqivin Niz Holiv  2005-ci ildə Norveç ordu mənsublarından medal alaraq, polkovnik, yəni, albay rütbəsinə yüksəlib. Və Norveç kraliyyəti qoruma alayının fəxri komandirliyinə təyinat alıb. Bu ölkədə dövlət nəinki insanlara, hətta təbiət bitkilərinə və heyvanlara belə böyük sayğı və dəyər verir. Burada vəhşi heyvanlar insanlara o qədər alışıb ki, qəsəbələrin mərkəzində belə vəhşi heyvanlarla rastlaşa bilərsiniz.

 

Dustaqları belə, azad yaşayan ölkə

Keçək sərbəstliklər ölkəsindəki dustaqxanalarda cəzasını çəkən şəxslərə yaradılan şəraitlə tanışlığa.

Norveç dustaqxanalarındakı hər cəza çəkən kəsin limitsiz internet işlətmək hüququ var. Hər birinin plazma televizoru, özəl duşları və istəyərlərsə, tək nəfərlik lüks sayıla biləcək otaqlarda qalmaq haqları var. Ancaq yenə də ölkədə suç-cinayət faizi çox düşükdür. Dünyadakı ən lüks həbsxana sayılan Halden də yaşıllıqlar içərisində bu ölkədə mənzərəli bir adada yerləşir. İçindəki və çölündəki şəraiti səbəbi ilə dustaqxanadan çox oteli anımsadır. Burada səsyazmadan, balıq tutmasına, əkinçilik işləri, komputer oynamaq, aşpazlıq, çeşidli idman oyunları və sərbəst həyatda hüququnuz olan bir çox şərait dustaqlaar üçün yaradılıb. Onlara yaradıcılıq üçün də geniş imkanlar təqdim edilir. Gərçi burada, sadəcə məhkumlar yaşayır. Norveç dövləti insan haqq və hüquqlarını ən ali şəkildə insanlarına verib, örnək kimi dəfələrlə dünyada ən yaxşı yaşam standarları baxımdan dünya birincisi seçilib.

 

Hər irqə bərabər münasibət

Norveçlilər öz yaşam standartlarının Avropadan daha yüksək olması səbəbi ilə Avropa Birliyinə girməyi rədd etmişdi. Bu qərar keçirilən bir refererendumla xalq tərəfindən alınmış bir qərar idi. Norveç  yaşam və rifah standartlarına görə 2014-cü ildə dünyada ilk sırada yer alıb. Çoxlu sayda müsəlman köçkünlərə ev sahibliyi edir. Əksəriyyətini İraq və Suriya hadisələrindən sonra son vaxtlarda ərəb ölkələrindən gələnlər təşkil edir. Norveçdə 136 müsəlman dərnəyi var və köçkün ailələrin bəziləri övladlarının xristianlarla eyni məktəbdə oxumasını istəmədiyi üçün dövlət Oslo şəhərində sadəcə müsəlmanarın gedə biləcəyi bir məktəb belə açdı.

 

Norveçdə həyat

Norveçdə artıqlaması ilə eynək, ayaqqabı, paltar və ya bir çox dəyərli əşya küçəyə buraxılır. Və yiyələri bunları vecimsəmir. Kimsə də “alım, evimə götürüm” demədiyi üçün sivil toplum quruluşları tərəfindən küçələrdən topladılaraq Afrika və Asiyadakı yoxsul ölkələrə yardım məqsədi ilə göndərilir. Norveçdə bazar günləri super marketlər qapalıdır. Hər necə olur olsun, bir şey almağınız gərəkirsə, bu ehtiyacınızı yanacaq doldurma məntəqələrindəki  dükanlardan ala bilərsiniz. Norveçdə alkoqolu hər yerdən tapıb ala bilməzsiniz. Bu ölkədə sadəcə hər şəhərdə bir neçə dənə olan və “Vinmonopolet” adı verilən mağazalardan ala bilərsiniz.

Dünyada ilklər və Norveç göstəriciləri

Sənaye devrimi su gücü və elektrikdən istifadə ilə Norveçdə çox erkən başlayıb. İqtisadiyyatları xam maddə ağırlıqlı olsa da, bəlli mövzularda dünya gücü halına gəlib.  Norveç elektrikinin 99%-ə yaxını hidro elektrik stansiyalarından əldə edilir. Dünayda FM Radiolarını qapadaraq rəqəmsal yayımlara keçən ilk ölkədir. Önəmli bölümlərdən olaraq qeyd edim ki, Norveçdə ölkədəki iqtisadi “Nordiq modeli” sistemi mövcuddur. Sosializmə yaxı bir sistemdir. Səmərəlilik və qənaət isə başlıca kriterlərindəndir. Ölkədə neft, balıqçılıq, tekstil, meşə sənayesi, mədənçilik və bunları Avropa bazarlarında daşıyan gəmi düzəltmə kimi başlıca sahələr inkişaf edib. Dünyanın ən böyük somon ixracatçılardan biridir.

 

Neft pullarından səmərəli istifadə və bir SİSTEM ÖLKƏSİ – İqtisadi Model

Təbii ki, bu video mövzunun ən önəmli bölümü bəlkədə Norveçin bu uğurları hansı strategiya və yol xətti ilə bacara bilməsi sualı ilə başlayır. Norveç höküməti 1990-cı ildə çox önəmli 3 problemlərini təsbit edir: Çoxlu nəğd pulları var, neft birjalarındakı qiymət nəzarətləri çölündə enib-qalxa bilir və iqtisadiyyatı şaxələndirmələri gərəkir. Bu sıxıntıların həlli üçün 1 trilyon dollarlıq sərvət fondunun qurdular. Bəzən “Sərbəstlik” kimi də adlandırılan bu fond dünyadakı qurulan ən böyük sərvət fondudur. Hökümət bunu gözəl bir şəkildə dəyər verdiyi vətəndaşları ilə paylaşır.

Neftdən gələn pul birjalara yatırılır. Qanunlara görə bu fonda kimsə toxuna bilməz. Ölkə içində bu pulla yatırım edilə bilməz və özəl sektorun istifadəsinə verilmə bilməz. Dövlət ölkənin xeyrinə olacaq əcnəbi yatırımlar üçün istifadə edə bilər bunu. Bu üzdən Norveç dünyadakı birjaların 1.5 %-nin sahibidir. Ölkə bunu sadəcə iqtisadiyyatı çeşidləndirmək üçün istifadə etmir. Yəni, dövlət xam neftin istifadəsi və iqtisadiyyatının böyük qismini özü yönəldir.

İnsanlar və ölkə üçün bu edilənlərə “Dövlət kapitalizmi” də deyə bilərik. Norveçin fərqli özəlliyi odur ki, ölkə nefti əcnəbi şirkətlərin deyil, öz şirkətinin çıxartması üçün imkanlar yaratdı. Norveç onun bütün zənginliyinin neftdən olduğunu düşünənləri tam anlamı ilə yanıltdı. Neftdən gələn pulları ola biləcək ən yaxşı şəkildə istifadə etdi Norveç. Şimal dənizində neft çıxartmaq S. Ərəbistanında neft çıxarmaqdan 2 qat daha bahalıdır. Buna baxmayaraq neftdən gələn gəliri ən səmərəli və taraz şəkildə istifadə edən ölkədir Norveç. Ölkələrarası maliyyənin ən başlıca aktyorlarından biridir.

Dünyadakı ticarətin bir qismini əlində tutduğu üçün siyasi bir silah olaraq da bundan yararlanır. Norveç Facebook, Google və Apple kimi şirkətlərdə pay sahibliyi var. Bu səbədən də həmin şirkətlər bəzi qərarları almaq istədiyində rəsmi Oslonu da razı salmaq məcburiyyətindədir.

Norveç İkinci Dünya Savaşındakı dəstəyindən dolayı 1947-ci ildən bəri hər ilin başlanğıcında İngiltərəyə şam ağacı göndərir və həmin ilbaşı ağacı Trafalqar Meydanında yerləşdirilir. Mövzunun sonlarında doğru qeyd etməkdə yerinə düşər ki, Norveçdə Cəhənnəm adında bir qəsəbə də var. Özü cənnət kimi olan bu ölkədə bəlkə də tək mənfi bu ola bilər. Təbii ki, bu sizə anlatdıqlarımız siyahı daha da uzun ola, saatlarla davam edə bilərdi. Ancaq bunlar diqqətimizi özünə çəkən və heyran qaldığımız göstəricilərdir.

 

Dahaları üçün getmək, bu insani dəyərləri və təbii gözəllikləri görmək-yaşamaq daha yaxşıdır. İzlədiyiniz kimi, Norveç bərabər haqlar, hüququn və təbiətin üstünlüyü zəminində insanların sabahlarını qayğı ilə düşünmədən siyasi dartışmaların və irqi-dini bölünmələrin yaşanmadığı bir ölkə deməkdir. Ümid edirik ki, bir gün insanlıq eyni anlayış və azadlıq çərçivəsinə çata bilər.

 

 

 

Qaynaqlar:

www.naturerelaxation.com

https://tr.wikipedia.org/wiki/Norve%C…

Morten Rustad

http://www.presentingfacts.com/2016/0…

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info