Daha bir ölkə Fələstində səfirlik açır – Prezident açıqladı

  • By arzu
  • 22 Dekabr 2022 14:54

Çili Prezidenti Qabriel Boriç Fələstində səfirlik açacaqlarını söyləyib.

 

HTML tutorial

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Prezident Boriç bu ölkədəki məsləhətgüzar səviyyəsindəki təmsilçiliklərini yüksəldəcəklərini bildirərək səfirlik açılacağını bildirib.

Paytaxt Santyaqoda Fələstin cəmiyyətinin keçirdiyi Noel tədbirinə qatılan Prezident Boriç Fələstin xalqının haqlarının çiynəndiyini, qeyri-qanuni işğala məruz qaldıqlarını vurğulayıb.

Beynəlxalq hüquqa hörmət edilməsi üçün çağırış edən Çili Prezidenti Fələstin xalqı ilə həmrəylik içində olduqlarını vurğulayıb.

Xatırladaq ki, Fələstinə dəstəyi ilə tanınan Boriç 20 sentyabr 2022-ci ildə BMT-nin 77-ci Ümumi Sessiyasında Fələstin xalqına yönəlik insan haqları pozuntularına diqqətləri çəkərək bunların normallaşdırılmasının önəmini vurğulamışdı.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info