Zeleniski ABŞ-a gedir - UKRAYNA LİDERİ BAYDENLƏ GÖRÜŞÜB, KONQRESDƏ ÇIXIŞ EDƏCƏK

  • By admin
  • 21 Dekabr 2022 08:36

Ukrayna prezidenti Vladimir Zelenski yaxınlarda ABŞ paytaxtı  Vaşinqtona səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat yayan ABŞ mediası bildirir ki, Zelenski prezident Co Baydenlə də görüşəcək. 

HTML tutorial

Səfər  baş tutarsa, bu, Zelenskinin fevralda başlayan Rusiya işğalından sonra ilk xaricə səfəri olacaq.

ABŞ mediasına anonim bir məmur bildirib ki, Zelenski Konqresdə də çıxış edə bilər.

Səfər və ya plan hələ rəsmi kanallar tərəfindən təsdiqlənməyib.

Zelenzkinin mümkün səfəri Ukraynada davam edən müharibə ilə əlaqədar təhlükəsizliklə bağlı narahatlıqlar fonunda baş tutacaq. Ona görə də qısa müddətdə planlarda dəyişikliklərin olması mümkündür.

ABŞ-da Nümayəndələr Palatasının sədri Nensi Pelosi çərşənbə axşamı göndərdiyi məktubda Konqres üzvlərini çərşənbə axşamı keçiriləcək iclasa çağırıb.

“Demokratiyaya diqqət yetirəcəyimiz bu xüsusi sessiyada iştirak edin” deyə  Pelosi bildirib.

Zelenski mütəmadi olaraq paytaxt Kiyevdə xarici liderləri qəbul edir. Ukrayna lideri həmçinin Kiyevdəki ofisindən dünya liderləri ilə tez-tez video və ya telefon danışıqları aparır.

Lakin onun hələ açıqlanmayan xaricə səfəri Zelenski üçün müharibə başlayandan bəri bir ilk olacaq. Ukraynaya hərbi dəstəyin verilməsində aparıcı rol oynayan ABŞ-a səfər iki ölkə münasibətləri üçün mühüm mesaj kimi qiymətləndiriləcək.

Noyabrın 20-nə qədər ABŞ birbaşa hərbi dəstək üçün 18,5 milyard dollar ayırıb. Bu, Ukraynaya hərbi yardım göstərən hər bir ölkədən qat-qat artıq deməkdir.

Aylıq müdafiə xərclərinin 5 milyard dollar civarında olduğunu bildirən Zelenski daha çox vəsait tələb edib.

Son zamanlar ABŞ mətbuatında Bayden administrasiyasının Ukraynanı Rusiyanın hücumlarından qorumaq üçün ona Patriot raketləri tədarük edəcəyi ilə bağlı bəzi xəbərlər yayılıb.

 

Tərcümə:

Pərviz